"Rusiyanın Qafqazdakı maraqlarına zərbə vurmaq cəhdi intihardır" - Erməni səfir
Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaq cəhdlərini "intihar addımı" adlandırıb.
KONKRET.azxəbər verir ki, o bu barədə "Politico"ya müsahibəsində bildirib.
Erməni diplomat vurğulayıb ki, Ermənistanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənməsinə səbəb olan dönüş Moskva üçün təhlükə yaratmır.
"Ermənistanın coğrafi mövqeyi o deməkdir ki, onun Rusiya ilə tarixən və praktiki olaraq o qədər çox əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa çalışaraq intihara meyilli addım atacağını düşünə bilərdi", – deyə Tiqran Balayan bildirib.
O əlavə edib ki, Ermənistanla Aİ arasında münasibətlər milli maraqlara əsaslanır və hazırda bu maraqlar Aİ və onun bütün üzvləri ilə nümunəvi münasibətlər tələb edir.
"Bu, Rusiya ilə yaxşı ikitərəfli münasibətləri istisna etmir və biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik", – deyə o vurğulayıb.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev