Səfir: "Latviya Azərbaycandan yatırılan sərmayələrin artırılmasında maraqlıdır"
Latviyanın artıq Azərbaycandan topdansatış ticarətinə uğurlu investisiyaların nümunələri var və gələcəkdə ölkə öz limanlarına və logistika mərkəzlərinə daha çox investor cəlb etmək istəyər.
Milli.Az bildirir ki, bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs bildirib.
Onun sözlərinə görə, Latviya şirkətləri Azərbaycanda nəqliyyat və logistika, mühəndislik, İKT, qida istehsalı, memarlıq, dizayn, tikinti, kimya və əczaçılıq sənayesi, turizm və s. kimi sahələrdə fəaliyyət göstərir:
"Bu əməkdaşlığı genişləndirmək istərdik. Latviyanın geniş təcrübəsi olan yaşıl texnologiyalar perspektivli bir istiqamətdir. Qarşılıqlı, faydalı, ikitərəfli sərmayələrin genişləndirilməsində maraqlıyıq. Kiçik və orta sahibkarlığa investisiya qoymaq iqtisadi münasibətlərimizə böyük fayda gətirə bilər".
İkitərəfli ticarətdən danışan səfir hazırda Latviyadan Azərbaycana ixrac olunan malların əsas kateqoriyalarının ərzaq məhsulları, tikinti materialları, ağac məmulatları, kimyəvi maddələr və əczaçılıq məhsulları olduğunu qeyd edib:
"Supermarketlərimizdə Azərbaycandan gətirilən meyvə və tərəvəzləri görməkdən çox məmnunuq. Ancaq ikitərəfli ticarətin hazırkı həcmi (2019-cu ilin birinci yarısında 7,75 milyon avro) ölkələrimizin real iqtisadi potensialını əks etdirmir. Səfirliyin prioritet istiqamətlərindən biri sahibkarlarımızı yeni imkanlar tapmağa təşviq etmək və iki ölkənin müəssisələri arasında gələcək əlaqələri asanlaşdırmaqdır".
Milli.Az /news.milli.az

Dünyada bu meyvə bahalaşacaq
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı