Səhər qəhvə içmək ölüm riskini azaldır

Səhər qəhvə içmək ölüm riskini azaldır"European Heart Journal" jurnalında dərc olunan yeni bir araşdırma qəhvənin günün hansı saatında istehlak edildiyinin sağlamlıq üzərində əhəmiyyətli təsir göstərə biləcəyini ortaya qoyub.
KONKRET.az xəbər verir ki, ABŞ-ın Tulane Universitetindən professor Lu Qinin rəhbərliyi ilə aparılan tədqiqat səhər qəhvə içmənin ölüm riskini azaltdığını müəyyən edib.
Araşdırma 1999-2018-ci illər arasında ABŞ Milli Sağlamlıq və Qidalanma Araşdırması Anketinə qatılan 40,725 iştirakçının məlumatlarını analiz edib. İştirakçıların sağlamlıq qeydləri və qidalanma vərdişləri, eləcə də 1,463 nəfərin həftəlik qidalanma məlumatları araşdırılıb.
İştirakçılar üç qrupa ayrılıb:
1. Səhər qəhvə içənlər (36 faiz)
2. Gün ərzində müxtəlif saatlarda qəhvə içənlər (16 faiz)
3. Qəhvə istehlak etməyənlər (48 faiz)
9-10 illik müşahidə dövründə toplanan məlumatlar təhlil edilərək ölüm riski ilə qəhvə istehlak saatları arasındakı əlaqə qiymətləndirilib.
Səhər qəhvə istehlakı ölüm riskini azaldır – Ürək-damar xəstəliklərindən ölüm riski, qəhvə istehlak etməyənlərlə müqayisədə 31 faiz daha azdır; Hər hansı bir səbəbdən ölüm riski isə 16 faiz daha aşağıdır. Bu üstünlüklər gün ərzində müxtəlif saatlarda qəhvə içənlərdə müşahidə olunmayıb. Səhər saatlarında daha çox qəhvə içmək daha çox fayda verir – Səhərlər yalnız bir fincan və ya daha az qəhvə içənlərdə ölüm riski azalması nisbətən daha azdır. Melatonin və sirkadiyen ritmin təsiri – Günün gec saatlarında qəhvə içmək melatonin hormonunun səviyyəsini pozaraq sirkadiyen ritmi və yuxu rejimini təsir edə bilər. Bu da ürək-damar sağlamlığına zərər verə bilər.
Tədqiqatçılar müşahidə olunan sağlamlıq üstünlüklərinin yalnız kafeindən deyil, qəhvədəki digər bioaktiv maddələrdən də qaynaqlandığını qeyd edirlər. Xüsusilə səhər saatlarında qəhvənin iltihab əleyhinə təsir göstərən birləşmələrinin qan səviyyəsindəki iltihabı tarazlaya biləcəyi vurğulanır. Bu təsirin kafeinsiz qəhvə üçün də keçərli olduğu bildirilir. Kardioloq professor Thomas Lüscher qeyd edir ki, gün ərzində qəhvə istehlak edənlər adətən daha az yatma meylinə malikdirlər ki, bu da onların ümumi sağlamlıq göstəricilərinə təsir edə bilər. Professor Lu Qi isə deyir: "Nəticələrimiz göstərir ki, yalnız qəhvə içib-içməməyiniz və nə qədər istehlak etməyiniz deyil, həm də günün hansı saatında qəhvə içdiyiniz əhəmiyyətlidir".
Araşdırma səhər qəhvə istehlakının daha üstün faydaları olduğunu göstərsə də, tədqiqatçılar bu nəticələri təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.//lent.az

Sağlamlıq       Tarix: 11 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun son xeberler bugun azerbaycan son xeber bugun axsam.az xeberler