Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Hazırda Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində dinamik inkişaf tendensiyası müşahidə olunur. İki ölkə arasında siyasi etimad möhkəmlənir, "Bir kəmər, bir yol"un birgə tikintisi çərçivəsində əməkdaşlıq dərinləşir və beynəlxalq arenada sıx qarşılıqlı fəaliyyət həyata keçirilir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına yüksək diqqət yetirirəm və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsi və ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram".
Turlar.az [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev