Smartfonlardan istifadə ürək xəstəliklərinə səbəb olur - Araşdırma
Kaliforniya Universitetinin alimlərinin araşdırmasına görə, smartfon, televizor və planşetlər ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Araşdırmaların nəticələrinə görə, smartfona sərf olunan hər əlavə saat ürəyin işemik xəstəliyinə tutulma riskini 58%, ümumilikdə ürək xəstəliklərinin yaranma riskini 32% artırır.
KONKRET.az-ın xəbərinə görə, rusiyalı kardioloq Yuri Konev alimlərin araşdırmalarını şərh edərkən bildirib ki, qadcetləri zərərsiz adlandırmaq olmaz, lakin alimlərin araşdırmasında qeyd olunan rəqəmlər şişirdilib.
O bildirib ki, insan sağlamlığına zərərli təsir edən televizor və telefonun özü deyil, onun gətirdiyi hərəkətsizlikdir.
"Oturaq həyat tərzi ürəyin fəaliyyətinə mənfi təsir edir. Qaldı ki, qadcetlərdən çıxan elektrik dalğalarının və implusların orqanizmə təsiri, bu hələ tam öyrənilməyib".
Kardioloqun sözlərinə görə, ürəyin sağlam fəaliyyəti üçün fiziki aktivlik vacibdir:
"10 min addım atmaq smartfonun təsirini də neytrallaşdırır. Eyni zamanda avtomobil ilə səyahət əvəzinə piyada gəzmək daha çox tövsiyə olunur. Həmçinin düzgün qidalanma da orqanizmin sağlamlığı üçün vacib amildir".
Aygün Mirakif,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var