Ukraynada ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günü keçirilib
Ukraynanın İrpen şəhərində ölkədə ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günü keçirilib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, İrpen meriyası tərəfimdən təşkil olunan Azərbaycan mədəniyyəti günü akademik Zərifə Əliyevanın doğum günündə baş tutub.
Qeyd edək ki, şəhərdə görkəmli azərbaycanlı akademikin adına parkdan başqa, böyük linqivistik orta ümumtəhsil liseyi, şəhərin mərkəzində isə böyük küçə var.
Şəhər meriyası ilə birgə tədbirə qatılan Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna filialının nümayəndələri, Ukraynanın ictimai-siyasi siyasi xadimləri, Azərbaycan diasporu tədbirlərə parkda akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoymaqla start veriblər.
Şəhər sakinlərinin aktiv qatıldığı mədəniyyət günü Azərbaycan incəsənət nümayəndələrinin nümayişi konsert proqramı ilə başlayıb.
Əvvəlcə Azərbaycan və Ukraynanın dövlət himnləri səslənib. Ukrayna və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyev çıxışında Ukrayna ilə əlaqələrin inkişafından danışaraq, müharibə dövründə ölkəmizin göstərdiyi humanitar yardımla bağlı məlumat verib.
Şəhər meri Oleksandr Markuşin isə Azərbaycana təşəkkür edib. O, "Report"a açıqlamasında bildirib ki, ilk dəfə olaraq Ukraynada Azərbaycan mədəniyyəti gününün keçirilməsi onlar üçün tarixi hadisədir: "Bu, Azərbaycanın görkəmli akademiki və bizim şəhər üçün doğma olan Zərifə Əliyevanın doğum gününə, 101 illiyinə təsadüf edir. Bu gün şəhər sakinləri ilə Azərbaycan mədəniyyəti, akademik Zərifə Əliyevanın tarixdəki önəmli rolu barədə fikirlərimizi bölüşdük.
Azərbaycana və azərbaycanlılara daim minnətdarıq. Çünki ölkəmizdə genişmiqyaslı müharibə başlayan kimi ən çox zərər çəkən şəhərlərdən olan İrpenə humanitar dəstək dərhal Azərbaycandan gəldi. Biz o vaxt Azərbaycan səfirliyinə, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna filialına müraciət etdik. Azərbaycan dərhal orta ümumtəhsil liseyimizi bərpa etdi, istilik sistemini yenidən qurdu. Uşaqlar üçün hava hücumlarından sığınacaq tikdilər. Bundan başqa, Azərbaycan şəhərimizin dağıntılardan sonra yenidən qurulmasında yaxından iştirak edir. Böyük poliklinikanın əsaslı təmirini artıq başa çatdırır. Bu gün Azərbaycanın səfiri mənə dedi ki, ölkəsinin rəhbərliyi daha 4 tikintinin burada aparılmasına razılıq verib".
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə "Report"a bildirib ki, İrpen Azərbaycan diasporunun daha fəal olduğu şəhərdir:
"Ukraynada yaşayan biz azərbaycanlılar üçün sevindirici haldır ki, burada ilk Azərbaycan mədəniyyəti günü məhz görkəmli alimimiz Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. Azərbaycan diasporu olaraq biz bu gün bir sıra milli mədəniyyət nümunələrini şəhər meriyası ilə birgə ukraynalılara nümayiş etdiririk".
Mədəniyyət günü çərçivəsində ukraynalı və azərbaycanlı gənc rəssamların Azərbaycan tarixi ilə bağlı əl işləri, musiqi nümunələri, Azərbaycan mətbəxi, o cümlədən Azərbaycan-Ukrayna ortaq mədəniyyət və idman göstəriciləri nümayiş olunub.




Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev