Venesiya Komissiyasından Gürcüstan hakimiyyətinə ÇAĞIRIŞ
Venesiya Komissiyası Gürcüstan hakimiyyətini "Xarici Agentlər haqqında" qanunun indiki variantını ləğv etməyə çağırıb.
KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Venesiya Komissiyası belə qənaətə gəlib ki, hazırkı variantı toplaşmaq və ifadə azadlığına, şəxsi toxunulmazlıq hüququna, ictimai işlərlə məşğul olmaq hüququna və ayrı-seçkiliyin qadağan olunmasına müdaxilə edir.
Venesiya Komissiyası bildirib ki, əvvəllər Rusiya Federasiyası, Macarıstan və Qırğızıstandakı xarici agentlərlə bağlı qanunvericiliyi, eləcə də Bosniya və Herseqovinadakı məsələni qiymətləndirib. Komissiya hesab edir ki, Gürcüstanda irəli sürülən qanunda həmin ölkələrin qanunvericiliyi ilə "çox oxşarlıqlar" var.
Komissiya təəssüflə nəzərə çatdırıb ki, qanun "cəmiyyətin böyük bir hissəsinin narahatlığına açıq-aşkar məhəl qoymadan, mahiyyəti üzrə əsl müzakirə və məsləhətləşmələrə yer qoymayan prosedura uyğun qəbul edilib".
"Gürcü Arzusu" hakim partiyası bəyan edib ki, Venesiya Komissiyasının "Xarici təsirin şəffaflığı haqqında" qanunu tənqid etməsini qəbul etmir.
"Komissiyanın nəticələri paradoksaldır. Venesiya Komissiyasının platformasından peşəkar mühakimələr əvəzinə qərəzli siyasi qiymətləndirmələr üçün istifadə edilib", – deyə "Gürcü Arzusu"nun ofisində keçirilən brifinqdə parlament üzvü Salome Kurasbediani söyləyib.
Onun sözlərinə görə, komissiyanın rəyi əsassız arqumentlərdən və faktların kobud şəkildə təhrif edilməsindən ibarətdir.
Gürcü mediası Venesiya Komissiyasının rəyinə ilk şərhin hakim partiyanın yüksək vəzifəli şəxslərindən deyil, əvvəllər mediaya açıq olmayan Salome Kurasbedianidən gəldiyini "qəribəlik" adlandırıb.
Xatirə SADİQ,
KONKRET.az

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev