Xaçmaz KOB evində 1000-ci xidmət göstərildi - FOTO

Xaçmaz KOB evində 1000-ci xidmət göstərildi - FOTOSahibkarlara dövlət-biznes ("G2B") və biznes-biznes ("B2B") xidmətlərinin vahid məkanda təqdim olunduğu Xaçmaz KOB evinə 1000-ci müraciət daxil olub.
Agentlikdən Trend-ə verilən məlumata əsasən, hazırda Xaçmaz KOB evində sahibkarlara İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "Azəriqaz" İB, "Azərsu" ASC və "Azərişıq" ASC tərəfindən 200-ə yaxın dövlət xidmətləri göstərilir. KOB evində həmçinin, sahibkarlıq subyeklərinə bank, sığorta, lizinq, logistika, broker, tərcümə, möhür kimi 100-dək zəruri biznes-biznes xidmətləri təqdim olunur.
Fəaliyyətə başladığı müddət ərzində Xaçmaz KOB evində sahibkarlara daha çox hazır sənəd təqdim edən dövlət qurumu mənşə sertifikatının verilməsi üzrə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olub. Növbəti yerlərdə "Azəriqaz" İB və biznes-biznes xidmətləri üzrə lizinq xidmətləridir.
Sahibkarlar tərəfindən Xaçmaz KOB evinə bir sıra xidmətlərin alınması üçün təqdim edilən sənəd qəbulu üzrə ilk üç yeri Kənd Təsərrüfatı Nazirliyi, "Azərpoçt" MMC və "Azəriqaz" İB tutur.
İnformasiya xidmətlərinin göstərilməsi üçün sahibkarlar daha çox dövlət qurumları üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə və Kənd Təsərrüfatı Nazirliyinə, biznes-biznes xidmətləri üzrə isə "Rabitəbank" ASC-yə müraciət ediblər.
Ümumilikdə, indiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara müxtəlif sahələr üzrə 528 hüquq müəyyənedici sənəd verilib, sənədlərin alınmasına və informasiya xidmətlərinin göstərilməsinə dair 472 müraciət daxil olub.
Sahibkarlara göstərilən xidmətlərin çeşidinə görə isə dövlət qurumları üzrə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti, "Azəriqaz" İB və "Azərpoçt" MMC, biznes-biznes xidmətləri üzrə isə logistika və lizinq xidmətləri ilk yerləri tutur.
Xaçmaz KOB evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi tərəfindən indiyədək 29 mikro, kiçik və orta sahibkarlıq subyektinin iştirakı ilə biznes planın hazırlanması, effektiv işgüzar ünsiyyət, korporativ hüquq, marketinq, satış, sosial layihələr kimi 7 mövzuda 17 təlim təşkil edilib. KOB İnkişaf Mərkəzinin nəzdində Biznes İnkubasiya Mərkəzi də fəaliyyət göstərir ki, bura 28 sahibkar cəlb olunub.
Məlumat üçün bildirək ki, Xaçmaz KOB evi fevralın 7-dən etibarən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara xidmət göstərir. Əsasən idxal-ixrac əməliyyatları üzrə ixtisaslaşmış Xaçmaz KOB evinin əsas üstünlüyü KOB-ların vaxta və əməliyyat xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, dövlət və biznes-biznes xidmətlərinin bir məkanda göstərilməsi və KOB-lara təqdim olunan xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. Xaçmaz KOB evində 25 xidmət pəncərəsi fəaliyyət göstərir ki, bunların 15-də dövlət orqanları, 10-da isə özəl qurumlar sahibkarlara xidmət göstərir. Burada həmçinin, görüş otaqları və konfrans zalı, eləcə də müxtəlif bankların ATM-ləri və ödəmə terminalları var.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 10 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler xeberler bu gun qurban bayrami 2026 metbuat