XİN iddialara cavab verdi - "Qərəzlidir!"

XİN iddialara cavab verdi - Azərbaycan Respublikası, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına fəal və məsuliyyətli tərəf kimi və bütün dünyada etnik, mədəni, dil və dini tolerantlığın və etimadın təşviqi fəaliyyətləri ilə çox yaxşı tanınan ölkə olaraq monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvərət Komitəsi ilə yaxından əməkdaşlıq edib. Bu dövr üzrə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyəti Azərbaycana səfər edib, çoxsaylı aidiyyəti dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşüb və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşlər keçirib.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, 18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur. Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb.
Bundan əlavə, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar beşinci monitorinq dövrünün müddətinin çərçivəsindən kənara çıxır. Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer alması, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməni əsilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirilə bilmədiyinə dair qeydlərin həmin hesabatda əksini tapması, Məşvərət Komitəsinin sözügedən iddialarının konvensiyanın konkret müddət çərçivəsində icrasını qiymətləndirmək üçün verilən mandatdan kənara çıxdığını göstərir.
Azərbaycan ərazilərinin bir hissəsində, bu ərazilərdə suveren nəzarətin həyata keçirilməsinə və oradakı erməni əsilli şəxslərə münasibətdə Çərçivə Konvensiyasının müddəalarının tam tətbiqinə mane olan hərbi işğalın aradan qaldırılmasının ardınca post-münaqişə dövrü üçün nəzərdə tutulan həssas səylərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvərət Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövrək olan prosesə əngəl törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranmalı idi.
Komitənin öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşmadan xəbər verən fərqli yol tutması təəssüf doğurur.
Məşvərət Komitəsinin digər etnik qruplara etinasızlıq göstərildiyi halda erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrdən alınan məlumatlara həddən artıq əsaslanması sözügedən Komitənin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir.
Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının yanlış təsfiri və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının rəyindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətləndirmələr də daxil olmaqla, Komitənin təcrübə sahəsinə və mandatına aid olmayan məsələlərə (misal üçün, Laçın yolu ətrafında vəziyyət və ya etnik ermənilərin Qarabağ bölgəsindən Ermənistana köçməsi) dair bir çox yalan iddialar qəbuledilməzdir.
Çərçivə Konvensiyasının təkcə milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsini nəzərdə tutmadığı, eyni zamanda, qanunun aliliyinə və əlaqədar dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmət edilməsinin zəruriliyinə əsaslandığı həmçinin bir daha qeyd olunmalıdır. Buna baxmayaraq, rəydə birtərəfli qaydada erməni sakinlərinin hüquqlarının müdafiəsinin zəruriliyi qeyd edilir, həmin kateqoriyaya aid olan şəxslərin Azərbaycanın qanunvericiliyinə əməl etmək öhdəliyinə isə məhəl qoyulmur.
Digər böyük narahatlıq doğuran məsələ standartların üzv dövlətlərə münasibətdə qeyri-düzgün tətbiqidir. Azlıqların hüquqları ilə əlaqədar bənzər vəziyyətlərdə olmalarına baxmayaraq, bəzi ölkələrə fərqli münasibətin göstərilməsi təəssüf doğurur. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinasızlıq nümayiş etdirilməkdədir.
Bundan əlavə, ölkədə insan hüquqlarının ümumi vəziyyətinin qiymətləndirilməsinin aparılması Məşvərət Komitəsinin mandatından və Konvensiyanın əhatə dairəsindən kənara çıxılması deməkdir və bu qiymətləndirmənin rəyin məqsəd və hədəfləri ilə əlaqəsi yoxdur. Bu baxımdan, Məşvərət Komitəsinin Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırışı qeyri-adekvatdır və uyğun deyil.
Vətəndaşları üçün insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, layiqli yaşayış səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və hazırda da həyata keçirilir.

Siyasi       Tarix: 18 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Rubio BƏƏ, Küveyt və Bəhreynə səfər edir - Nələr olacaq?

ABŞ-ın dövlət katibi Rubio rəsmi səfərlər çərçivəsində Yaxın Şərq ölkələrinə yola düşür.   xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tomi Piqot məlumat yayıb. Səfərin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri

Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB

Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək. xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerin

Azərbaycanda orta aylıq maaş artdı - Amma

Azərbaycanda orta aylıq əməkhaqqı 1172 manata çatıb. Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Amma bəzi ekspertlər bunu Cənubi Qafqaz ölkələri ilə müqayisədə aşağı hədd sayır

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Görüş zamanı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiy

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublika Assambleyasını

Tramp İrana xəbərdarlıq etdi: "Öhdəlikləri yerinə yetirməsələr..."

ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi və regional siyasəti ilə bağlı sərt mövqeyini bir daha nümayiş etdirib. KONKRET.azxəbər verir ki, Tramp bəyan edib ki, əgər İran imzalanmış saziş üzrə öhdəliklərini yerinə yetirməzs

Azərbaycandan Ermənistana gübrə göndəriləcək

Rusiyadan Ermənistana bir neçə vaqon gübrə göndəriləcək. xəbər verir ki, iyunun 23-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə göndəriləcək

Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsind

ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib

ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. xəbər verir ki, Tramp bu barəd


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun kriminal xeberler sou xeberler bugun xəbərlər.com