Xocalı İstintaq Qrupunun rəhbərindən ŞOK AÇIQLAMA: "Köçəryan və Sərkisyan etiraf edib ki..."

Xocalı İstintaq Qrupunun rəhbərindən ŞOK AÇIQLAMA: Bu gün Xocalı faciəsinin 33-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı amansız qətliam törədiblər. Həmin gecə 2500 Xocalı sakini Ağdam şəhərinə doğru hərəkət edərək qaçmağa cəhd edib. Amma pusquda dayanan erməni silahlı dəstələri dinc insanları odlu silahdan atəşə tutublar. Rəsmi məlumatlara görə, Xocalı şəhərinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğalı, dövlət və şəxsi əmlakın dağıdılması və talanması nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon dollar məbləğində ziyan dəyib.
2005-2009-cu illərdə Xocalı İstintaq qrupuna rəhbərlik edən, keçmiş hərbi prokuror İlham Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, 1992-ci ildə Xocalıda Srebrenitsada olduğu kimi soyqırım törədilib. Onun sözlərinə görə, Xocalıda beynəlxalq konvensiyalara uyğun, soyqırımı kimi təsnif edilməsinə imkan verən qanlı hadisə baş verib:
Xocalı İstintaq Qrupunun rəhbərindən ŞOK AÇIQLAMA: "Xocalı qətliamından 33 il ötsə də, bu faciənin acısı indi də hər birimizin qəlbində təzədir. Xocalıda 613 müdafiəsiz Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq xüsusi amansızlıqla öldürülüb. Biz hesab edirik ki, Xocalıda baş verənlər 1949-cu il Cenevrə Konvensiyasının, eləcə də BMT-nin Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının, Mülki və Siyasi Hüquqlar haqqında Paktın, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara qarşı Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş verənlər hərbi və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilib. Bu günə kimi 18 ölkənin parlamenti və ABŞ-ın 24 ştatının parlamenti Xocalı hadisələrini pisləyən və soyqırım kimi tanıyan qətnamələr qəbul edib. Qırğın qurbanları arasında qarınları yarılmış, çoxunun başları kəsilmiş və ya diri-diri yandırılmış hamilə qadınlar da olub. Həmin vaxt çəkilən fotoşəkillər qırğınların miqyasını ortaya qoyur. Məhkəmə ekspertizasının nəticələri və şahid ifadələri Xocalı sakinlərinin baş dərisinin soyulması, burnunun, cinsiyyət orqanlarının kəsilməsi, gözlərinin çıxardılması kimi inanılmaz işgəncələrə məruz qaldığını əyani şəkildə sübut edir. Xocalı hadisələri ilə bağlı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən başlanmış istintaq müəyyən nəticələr çıxarsa da, bir sıra sübutlar toplasa da, proses hələ də davam edir. Bu günə qədər bu işdə 30 mindən çox adam ifadə verib. Təxminən 28 500 nəfər zərərçəkmiş və ya qurbanların hüquqi varisləri kimi tanınıb. Azərbaycan Prokurorluğu qətliamda iştirak edən 40 nəfərin adını müəyyən edib. Onların Azərbaycan Cinayət Məcəlləsinin "soyqırım", "insanların məcburi köçürülməsi" və "işgəncə" kimi cinayətlər üzrə istintaqa cəlb olunması qərara alınıb".
Daha sonra İlham Məmmədov əlavə edib ki, Xocalıda törədilən cinayət ideoloji mərkəzdən idarə olunub. Ona görə də, Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan Xocalıda baş verənlərə görə birbaşa məsuliyyət daşıyırlar və cavab verməlidirlər: "Üstəlik, həmin vaxt ərazidə olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının komandirləri də qırğında bilavasitə iştirak ediblər və onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Xocalıda törədilmiş cinayətlərin nəticələri bizə bu faciəni soyqırım kimi qələmə vermək üçün hüquqi əsas verir. Planlaşdırma, mülki əhalinin hədəfə alınması, milli-etnik motivlər, müdafiəsiz insanların qətlə yetirilməsi kimi məqamlar Xocalıda baş verənləri soyqırım kimi qələmə verməyə imkan yaradır. Xocalıda törədilən cinayətə ideoloji mərkəzdən nəzarət olunması etiraf edilib. Ermənistanın keçmiş siyasi liderləri etiraf ediblər ki, cinayəti məhz oradakı insanların azərbaycanlı olduqları üçün törədiblər".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 26 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar