"Yalnız bu yolla qorunmaq olar" - Tozlu hava hansı xəstəliklərə səbəb olur?
Bir neçə gündür Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyubca yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.
Havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksəkdir. Bu gün səhər saatlarından etibarən ötən günlə müqayisədə tozun miqdarında azalma müşahidə edilsə də, havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.
Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, tozlu hava şəraitinin bu gün axşam saatlarından azalacağı gözlənilir.
Maraqlıdır, havada tozun miqdarının normadan artıq olmasının insan sağlamlığına hansı zərərləri var?
Mövzu ilə bağlı KONKRET.az-a danışan infeksionist Mərdan Əliyev deyib ki, havada tozun miqdarının çox olması əsasən tənəffüs yolu xəstəliklərinin yaranmasına səbəb ola bilər:
"Bu da bronxit, hətta pnevmaniya (ağciyər iltihabı) kimi xəstəliklərə səbəb ola bilər. Xüsusən xroniki bronxit, ağciyər xəstəliyi olanların xəstəliyini kəskinləşdirə bilər. Yaşlılar və uşaqlarda xəstəlikdən müdafiə reaksiyaları daha zəif olduğuna görə bu, onlar üçün daha təhlükəlidir. Eyni zamanda toz yalnız məişət tozundan ibarət olmur, hava tozunda digər metallar, allergenlər ola bilər. Bu da insan orqanizminə allergik təsir edib bronxit, sinusit, rinit kimi xəstəliklərin baş qaldırmasına gətirib çıxara bilər".
İnfeksionist havada tozun miqdarının çox olduğunu nəzərə alaraq insanlara evdə qalmağı məsləhət görür:
"Risk qrupuna daxil olan şəxslərin evdə qalmağı mümkün deyilsə, filtirli maskalardan istifadə etsinlər. Onlar yalnız bu yolla qoruna bilərlər".
Aygün Mirakif,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…