Alen Gevondyan: "Güc tətbiqi qaçılmazdır"
" class="imgbcode" />"Ermənistan hakimiyyətinin etiraz hərəkatının iştirakçılarına qarşı güc tətbiq etməsi qaçılmazdır".
KONKRET.az xəbər verir ki, bunu politoloq Alen Gevondyan deyib.
Onun sözlərinə görə, hakimiyyət anlayıb ki, arxiyepiskop Baqrat Qalstanyanın bu anti-təşviqat kampaniyası iflasa uğrayıb. Gevondyan hesab edir ki, bu səbəbdən baş nazir Nikol Paşinyan təşəbbüsü öz əlinə almaq qərarına gəlib və baş nazirin mətbuat konfransı məhz bu məqsədlə çağırılıb. Paşinyan əmindir ki, bu proseslər onun xeyrinə olacaq. Ekspert hesab edir ki, arxiyepiskopun vahid səyi nəticəsində toplanan izdihamlı iclas da sübut edir ki, bu mitinq nəticəsiz qalacaq.
Politoloqun fikrincə, hakimiyyətin Qalstanyana qarşı ittihamedici dəlilləri yoxdur, əks halda onlardan çoxdan istifadə olunardı və buna görə də hərəkatı yatırmaq üçün hakimiyyətin yalnız bir yolu var – güc tətbiq etmək.
"Hakimiyyət mütləq güc tətbiqinə əl atacaq, çünki Nikol Paşinyan başa düşür ki, istənilən sonrakı hökumət onu cinayət məsuliyyətinə cəlb edəcək. Məhz bu reallıqları dərk etdiyi üçün Paşinyan hakimiyyətdə qalmaq üçün hər şeyi edəcək", – ekspert "Oragir" verilişinin efirində bildirib.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev