Allergiya sizi narahat edir?- Alman metodikası ilə çarə

Allergiya sizi narahat edir?- Alman metodikası ilə çarəAllergik xəstəliklər - orqanizmin hər hansı bir faktora, xəstəlik törətmək xüsusiyyəti olmayan faktorlara; yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə qarşı yaranan həssaslıqdır.
Keçən yüzillikdə allergik xəstəliklər, əsasən də respirator allerqozlar epidemiya şəklini alıb, böyüklər və uşaqlar arasında artmaqda davam edir. Respirator allerqozlar dedikdə tənəffüs sisteminin müxtəlif şöbələrinin allergik zədələnməsi nəzərdə tutulur. Respirator allerqozlara "sivilizasiya" xəstəlikləri də deyilir. İstehsalın geniş sənayeləsdirilməsi, məişətdə və kənd təsərrüfatında kimyəvi maddələrdən geniş istifadə bu xəstəliklərin vüsət almasında mühüm rol oynayır. Bunlar tənəffüs yollarına çox miqdarda zərərli maddələrin düşməsinə, xroniki iltihabi prosesə və orqanizmin sensibilizasiyasına, sonra isə allergik prosesin yaranmasına səbəb olur.
Allergik xəstəliklər bu gün dünyada patologiyalar arasında yayılmasına görə 3-4-cü yeri tutur.
Allergik xəstəliklər arasında daha çox rast gəlinir:
- allergik rinit
- allergik konyuktivit
- bronxial astma
- övrə
- atopik dermatit
Allergik rinit- burunda qaşınma, tez-tez asqırma, burun axması ilə təzahür edir. Burundan, gözdən axan selik tam şəffaf olur. Hətta burun dəsmalında izi belə qalmır.
Allergik konyuktivit - çox vaxt allergik rinitlə bir yerdə olur: bu zaman rinit əlamətlərindən başqa ğözdə qaşınma, sulanma, qızartı müşahidə edilir.
Körpələrdə allergik xəstəlik kimi atopik dermatitə daha çox rast gəlinir.
• Atopik dermatit - tez - tez təkrarlanan, xroniki gedişlə müşahidə olunan dərinin iltihabı xəstəliyidir: qızartı, ödem, qaşınma, ekssudasiya və qabıqlanma ilə müşahidə olunur.
• Atopik dermatit - böyüdükcə keçir, amma xəstələrin 50% - də bronxial astma, 75% - də allergik rinit formalaşa bilər.
• Adətən, atopik dermatitli xəstələrin yaxın qohumlarında (ana, ata, bacı, qardaş) 50 - 70% - hallarda dəri və tənəffüs yollarının allergiyası müşahidə olunur
• Xəstəlik adətən uşaq 2-3 aylıq olanda başlayır: əvvəl yanaqlarda, sonra üzün digər yerlərində, ənsə, biləklər, qollar, qarın və ətrafların açıcı səthlərində qızartı, qaşınma, sulanma, qabıqvermə müşahidə olunur. Belə uşaqlarda dəri quruluğu nəzərə çarpır
• 3-5 yaşlarda yaxşılaşma başlayır, 5 yaşdan yuxarı əlamətlər demək olar ki, tamamilə itir.
• Bəzən yaş artdıqca dəridə quruma və qalınlaşma olur, "atopik dermatit maskası" adlanan bir görünüş əmələ gəlir
Uşaqlarda allergik xəstəliklərin yaranmasına təsir edən amillərdən biri allergiyaya irsi meyilliyin olmasıdır. Bu baxımdan, ailədə allergiyaya meyillik olduqda allergiyanın profilaktikası hamiləlik dövründən aparılmalıdır. Belə analar hamiləlik və südəmizdirmə dövründə qidalanmalarına xüsusi nəzarət etməlidirlər. Hamilə qadınlar passiv və aktiv tütünçəkmədən özlərini qorumalıdırlar və s.
Allergik xəstəliklər hiperimmun reaksiya ilə xarakterizə olunur.
Allergik xəstəliklərin müalicəsi üçün əsas şərt allergenin uzaqlaşdırılmasıdır (hər zaman mümkün olmur).
Bundan başqa müalicə məqsədilə əsasən antihistamin və hormonal preparatlardan istifadə edilir:
Antihistamin preparatlar allergik reaksiyada mühüm rolu olan mediatorun (histaminin) ifrazını blokada edir. Hormonlar isə immun reaksiyaları zəiflədir. Beləliklə, allergiyanın simptomları aradan qaldırılır.
Bu zaman immun hiperhəssaslığa və allergik reaksiyada iştirak edən mediatorların artıq ifrazına şərait yaradan amillər:
• psixi yüklənmə
• yanlış qidalanma
• disbioz
• kandidoz
• ağır metallarla yüklənmə və s. də nəzərə alınmalı və aradan qaldırılmalıdır. Beləliklə, allergik xəstəliklərin daha uğurlu müalicəsi üçün şərait yaranmış olar.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər valyuta mezennesi 2026 sonxeber xeber.az 2026