ATƏT-in fəaliyyətdə olan sədri: "Biz həm Azərbaycan, həm Ermənistana qulaq asırıq

ATƏT-in fəaliyyətdə olan sədri: "Biz həm Azərbaycan, həm Ermənistana qulaq asırıq. Onların ümumi infrastruktur barədə düşüncələrini dinləyirik".
Oxu.Az xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bizim sədrliyimiz qarşıda duran illəri nəzərə alaraq qərar qəbul edəcək.
Nazir Ceyhun Bayramov əlavə edib ki, ATƏT-in fəaliyyətində olan problemlərin həlli ilə bağlı cavabı yalnız ATƏT-in hazırda fəaliyyətdə olan sədrindən gözləmək ədalətli olmaz:
"Təşkilat 57 ölkədən ibarətdir və qərarlar ümumi danışıqlar, razılıq, konsilium əsasında qəbul edilir. Sədr yeni prioritetlər müəyyənləşdirir. Düşünürəm ki, bu problemləri birbaşa ona ünvanlamaq ədalətli olmaz. ATƏT-in yaradılması zamanı təməl prinsiplər var və onlara riayət edilməsi önəmlidir. Təəssüflər olsun ki, 30 il ərzində biz bu problemə üzv dövlətlərin hər birinin eyni cür yanaşmasını müşahidə etmədik. 1990-cı illərin əvvəlində Azərbaycan Beynəlxalq hüququn tapdanılması zamanı müraciət edəndə BMT-nin təhlükəsizlik şurası ilə yanaşı ATƏT-də olub. Lakin bu kritik dönəmdə üzv dövlətlərin, beynəlxalq hüquqa uyğun formada vəziyyətin irəliləməsində məsuliyyət böyük dövlətlərin üzərinə düşürdü. Bilərəkdən və ya bilmədən bu məsələyə diqqət yetirməmələri, öz maraqlarına görə ikili standartlara əl atmaları, təəssüf ki, beynəlxalq hüquqa inamın azalmasına gətirib çıxarır. Dünya üzərində qeyri-müəyyənliyin artmasının şahidi oluruq. Burada məsələ bütün dövlətlərin kollektiv yanaşmalarında ciddi dəyişiklik etmələri, beynəlxalq hüquqa hörmətdən irəli gələrək davranmalarının vacibliyini diqqətə çatdırır. ATƏT-in isə fəaliyyətdə olan sədrliyinin funksiyası bu prosesi təşkil etmək və düzgün istiqamətə yönəltməkdir. Malta Respublikasına bu istiqamətdə görəcəkləri işdə uğurlar arzu edirik". / azxeber.com

Siyasi       Tarix: 14 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 krimnal xeber cəbhədən xəbər xeber.az