"Azərbaycan bu istiqamətdə bizə zərbə endirəcək" - Erməni hərbi ekspertdən TƏŞVİŞ DOLU AÇIQLAMA
" class="imgbcode" />Azərbaycanın sərhəd qoşunları Silahlı Qüvvələrlə birlikdə növbəti döyüşlərə cəlb edilir. Çünki sərhəd qoşunlarının Azərbaycanın Müdafiə Nazirliyinin strukturları ilə əməkdaşlığı o qədər sıxdır ki, söhbət ümumi silahlı qüvvələrin tərkib hissəsindən gedir. Yəni Azərbaycanın sərhəd qoşunları sadəcə sərhəd mühafizə funksiyasını yerinə yetirmir, döyüş məsələlərinə cəlb olunur".
KONKRET.azxəbər verir ki, bu sözləri erməni hərbi ekspert Davit Camalyan bildirib.
"Sərhəd xidmətinin bölmələri bu ərazilərdə dayanmaqla, Azərbaycanın Ermənistana qarşı yeni təcavüzünü həyata keçirəcək. Sülh müqaviləsi belə bunun qarşısını ala bilməyəcək. Həmin təcavüz dövlət sərhədinin başqa hissəsindən də ola bilər. Yəni türkün dünən hədiyyə olaraq aldığı və almaqda davam etdiyi yüksəklikdən vurması şərt deyil", – Davit Camalyan qeyd edib.
Hərbi ekspertin qiymətləndirməsinə görə, Azərbaycan ordusu Tavuş sərhədində mövqelərini yaxşılaşdırır, erməni tərəfini təşəbbüs göstərmək imkanından məhrum edir, yəni Bakı həmin ərazidə daha da möhkəmlənir.
"Bir daha deyirəm, düşmən Paşinyandan hədiyyə aldığı ərazidən, yəni Tavuşdan yox, başqa istiqamətdən zərbə endirə bilər".
"Tavuşdakı erməni kəndlərinə bitişik ərazilərdə yüksəkliklər verilməklə, Azərbaycanın ölkəmizə qarşı növbəti təcavüzünün ehtimalı artır", – deyə hərbi ekspert fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev