Baroness Patrisia Skotland Azərbaycanı ziyarət etdi - Fotolar
Məşhur britaniyalı siyasətçi, "Commonwealth" (Millətlər Birliyi) təşkilatının baş katibi baroness Patrisia Skotland "Tahir Gözel İnkişafa Təşəbbüs" təşkilatının dəvəti ilə Azərbaycanı ziyarət edib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, keçmiş Böyük Britaniya İmperiyasının ərazisinə daxil olmuş 56 ölkənin təmsil olunduğu təşkilata rəhbərlik edən xanım diplomat Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq, akademik Zərif Əliyevanın məzarını ziyarət edib.
Fəxrin Xiyaban ziyarəti çərçivəsində baroness Patrisia Skotlanda ölkəmizin tarixində iz buraxmış müxtəlif mütəfəkkirlər barədə də məlumat verilib. Daha sonra media nümayəndələri ilə görüş keçirilib.
Konfransda sosial əhəmiyyətli bir sıra məsələlər müzakirə edilib. Jurnalistlərin suallarını cavablayan qonaq bu ilin ən aktual məsələsi olan COP 29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və digər qlobal layihələrdə olduğu kimi Azərbaycanın bu mötəbər tədbirin də öhdəsindən yüksək səviyyədə gələcəyindən əminliyini ifadə edib.
"Commonwealth" (Millətlər Birliyi) təşkilatının iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində mühüm işlər gördüyünü bildirən baroness bütün dünyanın bu məsələyə həssas yanaşmalı olduğunu söyləyib. O, qlobal istiləşmə nəticəsində yaranacaq risklərin təhlükəsi barədə danışaraq, okeanlarda yerləşən kiçik ada dövlətlərin faciə ilə rastlaşa biləcəyini qeyd edib.
Patrisia Skotland Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində atdığı addımları diqqətlə izlədiyini, ölkəmizin günəş, külək enerjisi kimi bərpaolunan enerji mənbələrinin araşdırılması və tətbiqibin çox doğru qərar olduğunu bildirib. Baroness süni intellektin və digər texnologiyaların bu qədər inkişaf etdiyi dövrdə yeni fürsətlərin yarandığını söyləyib və bütün dünyanı koronavirusla mübarizədə olduğu kimi birləşməli olduğunu qeyd edib.
Sonda Azərbaycanda olduğundan məmnunluğunu ifadə edən qonaq təmsil etdiyi təşkilatın bütün dünyaya sülh və dostluq arzuladığını, iqlim böhranının da öhdəsindən gəlinəcəyinə inandığını bildirib.





Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev