Ceyms O`Brayen Tbilisidə, Baş nazir görüşdən imtina etdi – 2 milyard dollarlıq mübahisə
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Tbilisiyə rəsmi səfərə gəlib.
KONKRET.az gürcü mediasına istnadən xəbər verir ki, səfər Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulu fonunda baş verir.
Dövlət Departamentindən bildirilib ki, O`Brayenin səfərinin məqsədi "ABŞ-ın gürcü xalqına davamlı sadiqliyini və Gürcüstanın sülh, firavan və təhlükəsiz Avro-Atlantik gələcəyə can atmasını" nümayiş etdirməkdir.
Dövlət katibi köməkçisinin Gürcüstanın müxalifət partiyaları, vətəndaş cəmiyyəti təşkilatları və hökumət nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Bazar ertəsi baş nazir İrakli Kobaxidze bildirib ki, tənqidçilərin "rus oliqarxı" adlandırdığı hakim "Gürcü arzusu" partiyasının fəxri sədri və milyarder qurucusu Bidzina İvanişvili O"Brayenlə görüşdən imtina edib.
Onun sözlərinə görə, buna səbəb İvanişvilinin "de-fakto sanksiyalar altında olması" və "şantaj altında görüş keçirə bilməməsi"dir. "Gürcü arzusu" İvanişvilinin hesablarındakı 2 milyard dolların Rusiya mənşəli olması ehtimalına görə dondurulmasını "de-fakto sanksiyalar" adlandırır. Gürcüstanın baş naziri əmin edib ki, "de-fakto sanksiyalar" götürülərsə, İvanişvili mövqeyini dəyişəcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamentində O"Brayen 2023-cü ilin oktyabrına qədər sanksiyalar üzrə koordinator vəzifəsində çalışıb. Bu statusda o, ötən ilin yayında Gürcüstanda olub. O zaman Vaşinqton Rusiyanın sanksiyalardan yayınması baxımından problem yaradan ölkələr sırasında Gürcüstanın da olduğunu vurğulamışdı.
Xatirə SADİQ,
KONKRET.az

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev