Deputatlar anons etdilər: COP-29-a qədər sülh sazişi imzalana bilər

Deputatlar anons etdilər: COP-29-a qədər sülh sazişi imzalana bilər"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransındakı çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
Bundan əlavə, Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişinə ümid edir.
Bəs qeyd edilən sülh müqaviləsinin imzalanması nə vaxt baş tuta bilər və burada iki ölkənin şərtləri nə olacaq?
Məsələ ilə əlaqədar azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının vasitəçi olmadan həyata keçirilməsi çox sevindirici haldır:
Deputatlar anons etdilər: COP-29-a qədər sülh sazişi imzalana bilər"Hazırda Azərbaycan tərəfindən Ermənistanın sülhə sövq edilməsi siyasəti uğurla davam etdirilir. Çox sevindirici haldır ki, heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası baş tutdu. Düşünürəm ki, bu proses belə də davam etsə, yaxşı olar. Çünki vasitəçilərin iştirakı ilə keçirilən görüşdə məhz onların da maraqları nəzərə alınır. Bu zaman münaqişənin məğzi və əsas məqsədi yaddan çıxır. Çox vaxt harada və kimin moderatorluğunda hansı tarazlığın əldə olunması ilə əlaqədar bir rəqabətin şahidi oluruq. Ancaq görürük ki, nəhayət, Azərbaycan və Ermənistan arasında heç bir vasitəçinin iştirakı olmadan sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanıldı. Ən əsası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, 4 anklav olmayan kəndin Azərbaycana qeyri-şərtsiz qaytarılması ilkin mərhələdə həyata keçirilməlidir və belə də oldu.
Ermənistan tərəfindən bu kəndlərin Azərbaycana təhvil verilməsi prosesi həyata keçirilir və bunun ardınca da xüsusi komissiyalar tərəfindən anklav olan kəndlərin geri qaytarılması məsələsi müzakirə ediləcək. Şərti sərhədboyu zonalarda sərhədlərin delimitasiya və demarkasiyası həyata keçiriləcək. Ən mühüm proses isə biz Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfindən yumşalmaları sezməkdəyik və Paşinyanın da Azərbaycan və Ermənistanla münasibətləri yaxşılaşdırmaqda maraqlı olması, o cümlədən Azərbaycan, eləcə də Türkiyəylə düşmənçiliyi yoxa çıxartmaq niyyətiylə bağlı mesajlar verməsi müəyyən dərəcədə Ermənistan siyasi rəhbərliyinin bu məsələlərdə artıq səmimi və ciddi olduğunu deməyə əsas verir".
Deputat hesab edir ki, Almatı görüşündə müxtəlif mübahisəli məqamların müzakirə edilməsi gözlənilir:
"Bildiyiniz kimi, 10 may tarixində Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq. Sözügedən görüşdə bu günə qədər sülh anlaşmasının tam razılaşdırılmayan maddələri ətrafında müzakirələr olacaq. Bir çox mübahisəli məsələlər mövcuddur. Bunlar da bu görüşdəki gündəlikdə müzakirə ediləsi məsələlər siyahısında nəzərdə tutulub. Ehtimal var ki, məhz XİN rəhbərlərinin iştirakı ilə keçiriləcək görüş Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşünə də bir hazırlıq ola bilər. Bu görüşlə bağlı müzakirələrin aparılma ehtimalı da var. 
Biz bu baxımdan bugünkü qədər heç vaxt sülhə yaxın olmamışıq. Ancaq hər an hər şey dəyişə bilər. Bilirik ki, Ermənistanı silahlandıran dövlətlər var. Həmçinin iki ölkə arasındakı məsələlərin sülh yolu ilə həll edilməsini istəməyən qüvvələr də var. Amma bütün bunlara baxmayaraq regionun taleyi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasından asılıdır. Mən bu barədə düşünürəm ki, Ermənistan bu şansı düzgün dəyərləndirməlidir. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda ölkəmizlə sülh razılaşması mütləq ən qısa zamanda imzalanmalıdır. Cənab Prezidentin də dediyi kimi, bu il sülh ili ola bilər. Hesab edirəm ki, COP-29 başlayana qədər bu məsələlər tam həllini tapa bilər".
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər sülh sazişi imzalana bilər:
Deputatlar anons etdilər: COP-29-a qədər sülh sazişi imzalana bilər"Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasıyla bağlı atılan addım sülh üçün yeni perspektivlər yaradır. Çünki bu addım kifayət qədər qətiyyətli və cəsarətli addımdır. Sülhə doğru hərəkətdə sonuncu maneələrdən birini aradan qaldırmış olur. Azərbaycanın 4 kəndi qeyri-şərtsiz qaytarılır. Əgər sərhədlərin delimitasiya və demarkasiyası bu dinamikayla irəliləyərsə, bu ilin sonuna qədər Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sülhlə əlaqədar müəyyən çərçivə sazişini imzalamaq olar. Lakin burada iki məsələyə aydınlıq gəlməlidir. Bunlardan biri Azərbaycanın Naxçıvana keçidi ilə bağlı maneəsiz kommunikasiyanın təmin olunmasıdır. Bu çox vacib məsələdir. İkinci məsələ isə Ermənistanın heç bir şərt irəli sürməməsidir".
Millət vəkili hesab edir ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkib Azərbaycanın təkliflərini qəbul etməlidir:
"Məsələnin pis tərəfi ondan ibarətdir ki, bir tərəfdən Paşinyan Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşməsi üçün Almatıya getməsinə icazə verir, ikinci tərəfdən şərtlər irəli sürür ki, Almatı Bəyannaməsi mümkün sülh sazişində predmetə çevrilməlidir, ya da mümkün sülh sazişinə əlavə edilməlidir. Əlbəttə ki, bu qeyri-mümkündür. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan tərəfinin rəsmi Bakının qeyd etdiyi kimi hüquq yaradan sənədlər və xəritələr üzərində aparılacaq. Əgər burada hansısa hissədə Almatı Bəyannaməsinə istinad olunacaqsa, başqa bir hissədə başqa sənədlərə istinad ediləcək. Ona görə də əslində Paşinyanın bu cür fikir səsləndirməsi bundan ibarətdir ki, 1969-cu ilə qədər Azərbaycandan oğurladıqları bütün torpaqları hüquq yaradan əsaslar oldu, olmadı Almatı Bəyannaməsi adı altında özünküləşdirmiş olsunlar. Bu da təbii olaraq mümkün deyil. Bu səbəbdən də mən düşünürəm ki, Paşinyan irəli sürdüyü fikirləri geri çəkərsə, Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edərsə, yəqin ki, COP-29-a qədər sülhlə əlaqədar çərçivə sazişi imzalana bilər".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Deputatlar anons etdilər: COP-29-a qədər sülh sazişi imzalana bilər

Siyasi       Tarix: 09 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər maşın realiti şou bugünki xəbərlər iqtisadiyyat xeberleri bugun