Dolların "şah dövrü" bitdi: Devalvasiya qorxusu arxada qalır

Dolların Valyuta bazarında müşahidə olunan son dinamika iqtisadi mühitdə davranış dəyişikliklərinin başladığını göstərir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ötən il valyuta hərraclarında təklif tələbi üstələyib. Bir hərracda 70 milyon dollar təklif olunduğu halda, tələb 54 milyon dollar təşkil edib. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə – 18 milyon dollara enib. Bundan əlavə, Neft Fondunun transfertlərinin bir hissəsinin dollar şəklində Maliyyə Nazirliyinə təklif edilməsi və tələb yarandıqda bazara çıxarılmağa hazır olması valyuta təklifinin kifayət qədər olduğunu göstərir. Bu statistika bir neçə mühüm sual doğurur:
Əhalinin dollara marağı niyə zəifləyib? Təklifin tələbi üstələməsi müvəqqətidir, yoxsa uzunmüddətli meyildir?
KONKRET.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun fikrincə, dollar funksiyasını dəyişir:
"Azərbaycanda dolların "şah dövrü"nün başa çatdığı barədə fikirlər daha çox səslənir. Əgər qorxu ilə alınan, psixoloji sığınacaq funksiyası daşıyan valyuta nəzərdə tutulursa, həqiqətən də həmin mərhələ arxada qalır. Lakin bu, dolların iqtisadiyyatdan çıxması anlamına gəlmir. Sadəcə, onun funksiyası dəyişir: dollar investisiya və qorxu alətindən rasional ödəniş və ehtiyat vasitəsinə çevrilir. Bu dəyişiklik iqtisadi zəifliyin deyil, makroiqtisadi yetkinliyin göstəricisi kimi qiymətləndirilə bilər".
İ.Məmmədovun fikrincə, əhalinin dollara marağının azalmasında əsas amillərdən biri real faiz fərqidir:
"Manat depozitləri illik 10-12 faizədək gəlir təklif etdiyi halda, dollarla qorunan əmanətlərin gəlirliliyi təxminən 2-2,5 faiz civarındadır. "Fişer effekti"nə görə, kapital real gəlir gətirən aktivə yönəlir. Bu şəraitdə dollar saxlamaq daha aşağı gəlir deməkdir. Nəticədə əhali üçün "dollar qazandırmır" reallığı formalaşıb. Digər mühüm faktor məzənnə sabitliyidir. 2017-ci ildən bəri manat-dollar məzənnəsinin faktiki dəyişməməsi devalvasiya gözləntilərini zəiflədib. Uzunmüddətli sabitlik fonunda əhali artıq valyutanı qorxu motivi ilə almır. Valyuta bazarında təklifin tələbi üstələməsi də bu dinamikanın davamıdır. Neft gəlirlərinin bazara planlı şəkildə çıxarılması, xarici ticarət balansında müsbət saldo və bank sistemində yüksək manat likvidliyi bazarda dollar bolluğu yaradır".
Ekspert bildirdi ki, manat gündəlik iqtisadi dövriyyədə dominant valyutaya çevrilib:
"Vergilər, kreditlər, ödənişlər və daxili alqı-satqılar manatladır. Dollar artıq iqtisadiyyatın aktiv dövriyyə vasitəsi deyil, daha çox xarici əməliyyatlarda istifadə olunan alətə çevrilib. Bu da dolların "anbarda saxlanılan sərmayə" funksiyasını zəiflədir. Cari əməliyyatlar balansının müsbət olması, fiskal qaydaların işləməsi və dollarlaşma səviyyəsinin azalması prosesin təsadüfi deyil, struktur xarakter daşıdığını göstərir".
İqtisadçı-ekspert Gündüz Camalzadənin fikrincə, Mərkəzi Bankın son açıqlaması valyuta bazarında davranış dəyişikliyinə işarə edir. Müşahidə olunan dinamikanın arxasında iqtisadiyyatdakı struktur dəyişikliklər dayanır. Son illər qeyri-neft sektorunun genişlənməsi və iqtisadiyyatın diversifikasiyası neft gəlirlərindən asılılığı nisbətən azaldıb. Qeyri-neft sahələrində istehsal və ixracın artması daha sabit valyuta axını formalaşdırır. Bu isə daxili bazarda dollar qıtlığı riskini minimuma endirir, manatın mövqeyini gücləndirir və əhalinin xarici valyutanı ehtiyat məqsədilə toplamaq motivini zəiflədir:
"Dollar tələbinin azalmasının digər mühüm səbəbi makroiqtisadi sabitlikdir. İnflyasiyanın hədəf diapazonda saxlanılması və məzənnənin uzun müddətdir stabil qalması gözləntiləri dəyişib. Əhali artıq manatı qısamüddətli riskdən qorunma aləti kimi deyil, dəyər saxlayan vasitə kimi qəbul etməyə başlayır".
G.Camalzadə bildirir ki, Mərkəzi Bankın yanaşmasına görə, məzənnə sabitliyi inflyasiyanın əsas lövbəridir:
"Güclü xarici ehtiyatlar və cari əməliyyatlar hesabında gözlənilən profisit valyuta bazarında tarazlığı qoruyur. Təklifin tələbi üstələməsi devalvasiya təzyiqini azaldır və ehtiyatların artırılmasına imkan yaradır. Klassik iqtisadi modelə əsasən, valyuta bolluğu milli pul vahidinin möhkəmlənməsi və ya ən azı sabit qalması üçün zəmin formalaşdırır. Xarici ticarət balansının profisitli olması da mühüm faktordur. İxracın idxalı üstələməsi ölkəyə əlavə valyuta daxilolmaları yaradır və məzənnə üzərində spekulyativ təzyiqləri zəiflədir. Bu vəziyyət pul siyasətinin daha çevik aparılmasına imkan verir. Xarici şoklar baş vermədiyi təqdirdə, müşahidə olunan proses müvəqqəti epizod deyil, struktur meyl kimi dəyərləndirilə bilər".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, son dövrlər manatla həm əmanətlərin, həm də alışların artması əhalinin dollara marağının azalması kimi şərh olunmamalıdır:
"Bu proses daha çox son illər aparılan pul siyasəti və maliyyə tənzimləmələrinin nəticəsi kimi qiymətləndirilir. Xüsusilə nağdlaşmaya tətbiq edilən məhdudiyyətlər iri həcmdə vəsaitlərin nağdsız hesablarda saxlanmasına səbəb olub. Nağdsız dövriyyədə isə əsas valyuta manatdır. Ölkə daxilində bütün alqı-satqı əməliyyatlarının milli valyuta ilə aparılması da manata olan tələbi artıran əsas amillərdəndir. İnsanlar vəsaitlərini dollarla saxlasa belə, hər hansı əməliyyat zamanı həmin vəsaiti manata çevirməyə məcbur qalırlar. Bu isə dövriyyədə manat ehtiyacını yüksəldir".
R.Atakişiyev bildirdi ki, bu baxımdan manatlaşma prosesi yalnız psixoloji və ya davranış dəyişiklikləri ilə izah olunmur, həm də institusional və əməliyyat mexanizmlərinin nəticəsidir:
"Dollara tələbin azalması risk kimi qiymətləndirilmir. Əksinə, bu, milli valyutaya inamın formalaşmasının göstəricisi hesab olunur".

Sosial       Tarix: 23 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı