Əli Əsədov: Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır

Əli Əsədov: Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanırƏminliklə deyə bilərik ki, indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızın beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
azxeber.com xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda milli, müstəqil dövlət quruculuğunun Heydər Əliyev strategiyası zamanın sınağından çıxıb və özünü doğruldub:
"Prezident İlham Əliyevin daim bəyan etdiyi kimi, ölkəmizi irəliyə aparan da onun xatirəsinə hörmət və mirasına olan münasibətdir. Heydər Əliyev iki müxtəlif ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik edib və hər ikisində də doğma xalqının mənafeyi naminə misilsiz fədakarlıqlar göstərib, respublikamızın şöhrətini, nüfuzunu yüksəklərə qaldırıb".
Ə.Əsədov bildirib ki, sovet hakimiyyəti dövründə ali siyasi rəhbər kimi Ulu Öndər milli qürur hissinin güclənməsini, milli şüurun yüksəlməsini sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində vüsətli inkişafın təkanverici qüvvəsi kimi götürərək onu böyük bir cəsarətlə hərəkətə gətirməyi bacarmışdı:
"Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında xüsusi nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan vermişdi. Əminliklə deyə bilərik ki, indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızın beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır".
O qeyd edib ki, müstəqillik dövründə isə Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünü doğruldur və gələcəkdə də belə olacaq.
"Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu Öndərin müxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlara uyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil, əməkdaşlıq məkanı kimi tanıtması onu müasir tarixin ən ağır mərhələsinin sarsıdıcı zərbələrindən qoruyub", - Baş nazir əlavə edib.

Siyasi       Tarix: 10 may 2024
f Paylaş

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər maşın realiti şou bugünki xəbərlər iqtisadiyyat xeberleri bugun