Erməni terrorçuları aktivləşdi: Hərbi təlimə başladılar
Ermənistanda fəaliyyət göstərən, sıralarına, əsasən, muzdlu döyüşçüləri cəlb etməklə məşğul olan VOMA (Voxj Mnalu Arvest – "Sağ qalmaq sənəti") terror təşkilatı Ermənistan vətəndaşlarına və dünyada yaşayan erməniəsilli şəxslərə müraciət ünvanlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya terror təşkilatının saytında yerləşdirilib.
Belə ki, özünün mənfur niyyətlərini həyata keçirmək üçün VOMA müxtəlif hərbi təlimlərə start verdiyini açıqlayıb. Yaş, cins, dini və siyasi baxışlar fərq etmir.
Təlimlərə dağ atıcılıq kursları, meşəlik ərazidə komanda şəklində döyüşmək, kamuflyaj olunmağı mənimsəmək, pusqu qurmaq kimi hərbi bacarıqların öyrədilməsi daxildir.
Məlumat üçün qeyd edək ki, təşkilat Ermənistan vətəndaşlarının, həmçinin ABŞ və Avropa ölkələrindəki erməni diasporunun maliyyə dəstəyi sayəsində fəaliyyət göstərir.
VOMA özünü Ermənistan dövlətinin müdafiə qabiliyyətini artırmaq və diasporla Ermənistan arasında əlaqəni gücləndirmək məqsədi daşıyan ictimai hərbi-vətənpərvərlik təşkilatı adlandırır. Ancaq bu, təşkilatın əsas missiyasını gizlətmək üçün vasitədir. Onun qurucusu və başçısı Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin rəhbəri olmuş Vova Vartanovdur. O, Birinci Qarabağ müharibəsində iştirak edib.
Eyni zamanda, VOMA-nın sıralarında olan silahlılar 44 günlük müharibədə Ermənistan ordusu tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev