Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLAR

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARXalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. 
Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra qonaqlar "Əbədi məşəl" memorialını ziyarət etmişdir. 
Daha sonra nümayəndə heyəti ilə Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin görüşü olub. Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlığın gündən-günə inkişaf etdiyini, bu münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan Denis Afanasyev əməkdaşlıqların yeni prioritetləri, iqtisadi əlaqələrin daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. Həştərxan Hökümətinin sədri Həştərxanda çoxsaylı sosial, iqtisadi, mədəni layihələr həyata keçirmiş və bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun həştərxanlıların böyük sevgisini qazandığını xüsusi qeyd etmiş, həyata keçirilmiş bu uğurlu layihələrə görə təşəkkürünü bildirərək Fondun gələcək fəaliyyəti üçün öz xoş arzularını çatdırmışdr.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Nümayəndə heyətinin tərkibində yer alan YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev öz növbəsində Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
Görüş zamanı ötən il "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin 100 illik yubileyinin Həştərxan vilayətində təntənəli şəkildə qeyd edildiyi vurğulanmış, keçirilmiş tədbirlərdə Həştərxan vilayətinin rəsmi şəxslərinin, Azərbaycandan gəlmiş nümayəndə heyətlərinin və həştərxanlıların fəal iştirak etdiyi, Ümummilli Liderin əziz xatirəsinin vilayətdə böyük sevgi ilə yad edildiyi qeyd edilmişdir. 
Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Səfər çərçivəsində nümayəndə heyəti yeni tikiləcək məktəb korpusunun layihələndirilmə işləri tanış olmuşlar. 
Daha sonra Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Azərbaycan nümayəndə heyətinin digər üzvləri, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin və Azərbaycan diasporasının üzvləri iştirak etmişdir.
Görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünki qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndərin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb, iki ölkə arasında münasibətlərin dərinləşməsinə gənclərimizin böyük töhvələr verdiyi bildirilib. Azərbaycanlı gənclər və diaspora üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasətinə sadiq olduqlarını, onun rəhbərliyi ilə aparılan və hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edən uğurlu siyasətinə daim dəstək olduqlarını bildirmişlər.
Konfransda Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Heydər Əliyev Fondunun 20 illik yubileyi münasibəti ilə ünvanlanmış təbrikə görə təşəkkür etmiş, Fondun bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxşaxəli fəaliyyətini və həyata keçirdiyi layihələri vurğulamışdır. Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıqlarını və yüksək qiymətləndirklərini bildirmişlər.  
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLARHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 11 may 2024
f Paylaş

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər maşın realiti şou bugünki xəbərlər iqtisadiyyat xeberleri bugun