Metroda tibbi yardım qutuları qoyulacaq? - AÇIQLAMA

Metroda tibbi yardım qutuları qoyulacaq? - AÇIQLAMABəzən metrolarda yaranan sıxlıq insanların halının pisləşməsinə səbəb ola bilir. Bu səbəbdən onlara tibbi ləvazimat və ya suya ehtiyacı olur.
Bəs metropolitenlərdə stansiyalara, qatarlara ilkin tibbi yardım üçün dərman qutuları qoymaq olarmı?
KONKRET.azxəbər verir ki, mövzu ilə redaktor.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, sərnişinlər üçün tibbi xidməti peşəkar qaydada təmin olunur.
"Bakı metropolitenində olan tibbi məntəqələr yalnız işçi personalın, xüsusən də maşinistlərin reys qabağı işə çıxmazdan əvvəl tibbi normativlərə uyğun yoxlanılaraq işə buraxılması üçün nəzərdə tutulub. Sərnişinlər üçün tibbi xidməti yalnız peşəkar qaydada təmin olunur və bununla bağlı Bakı metropoliteninnin aidiyyatı üzrə qurumlarla, xüsusən də Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti ilə mümkün ən operativ əlaqə forması mövcuddur. Bakı metropolitenindən daxil olmuş, sifariş əsasında dəvət olunduğu stansiyaya uyğun olaraq ən yaxın məntəqə və yaxud da ən yaxın təcili tibbi yardım briqadası dərhal metropoliten stansiyasına yönləndirilir".
Metroda tibbi yardım qutuları qoyulacaq? - AÇIQLAMAO, həmçinin qeyd etdi ki, qatarlarda və stansiyalarda ilk tibbi yardım qutularının qoyulması ilk növbədə təhlükəsizlik baxımından qiymətləndirilməlidir.
"Bununla bağlı bu günə qədər hər hansı bir ciddi problem olmayıb. Ümumiyyətlə, bu məsələ aidiyyəti qurumlarla müntəzəm olaraq müzakirə olunur və təbii ki, bütün monitorinqlərin nəticələri məhz bu süzgəclərdən keçirilərək dəyərləndirilir və qiymətləndirilir. Qatarlarda və stansiyalarda tibbi yardım qutularının qoyulması ilk növbədə təhlükəsizlik baxımından qiymətləndirilməlidir və müvafiq prosedurlar təmin olunmalıdır. Prosedur dedikdə, sadəcə olaraq, burada bunun hüquqi əsasları deyil, eyni zamanda onun ilk növbədə sərnişin və hərəkət təhlükəsizliyi baxımından bütün parametrlər üzrə qiymətləndirilməsi vacibdir. Bu məsələ də müxtəlif dövrlərdə müzakirə mövzusu olur", – deyə B.Məmmədov bildirdi.

Sağlamlıq       Tarix: 18 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətin

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Xərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən bir

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum xeber saytlari xabarlar en sonxeber