"Paşa Bank" Səlim Müslümovun oğlunu məhkəməyə verdi

"Paşa Bank" ASC sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu barəsində yenidən məhkəmə iddiası qaldırıb.
KONKRET.azxəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ziya Şirinovun icraatına verilib.
"Paşa Bank" məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Bank Səlim Müslümovun böyük oğlu Turqay Müslümlü ilə birgə ona məxsus "Orion Global" MMC (VÖEN – 1005080711) şirkətini də məhkəməyə verib.
Xatırladaq ki, "Paşa Bank" ötən ilin avqust ayında da Turqay Müslümlüyə qarşı bənzər iddia qaldırıb.
Barəsində iddia qaldırılan "Orion Global" MMC Səlim Müslümovun nazir vəzifəsində işlədiyi dövrdə – 23 noyabr 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A ünvanında dövlət qeydiyyatına alınıb. Eyni ünvanda Səlim Müslümovun oğlanları – Turqay və Asim Müslümlü qardaşlarının rəhbərlik etdiyi başqa şirkətlər də qeydiyyata alınıb.
Turqay Səlim oğlu Müslümlü "Orion Global" MMC, "Orion Construction" MMC və "Orion Cars" MMC-nin qanuni təmsilçisi, Asim Səlim oğlu Müslümlü isə "Orion Creativ Solutions" MMC-nin qanuni təmsilçisidir.
"Paşa Bank"ın barəsində iddia qaldırdığı "Orion Global" MMC-yə hazırda Sadıqov Mirsadiq Sadıq oğlu rəhbərlik edir. Ötən ilin avqust ayında dövlət büdcəsinə böyük həcmdə – 102 min manatdan çox vergi borcu olan "Orion Global" MMC-nin hazırda (13 may 2024-cü il tarixinə) 5 min 841 manat 61 qəpik vergi borcu var.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. (yeniavaz.com)

Siyasi       Tarix: 13 may 2024
f Paylaş

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 krimnal xeber cəbhədən xəbər xeber.az