Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edirBolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir.
azxeber.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev "Baku TV"yə müsahibəsində deyib.
O bildirib ki, rəsmi Sofiya Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir:
"Bolqarıstan planetimizin bir çox kritik sahələrində sülh və təhlükəsizliyin gücləndirilməsi üçün həll yollarının tapılmasına töhfə verir. Bu səbəbdən bizim ölkə Azərbaycanla əməkdaşlıqda bir çox təşəbbüslərdə iştirak edir. Regionunuzda sabitlik və təhlükəsizliyi təşviq edirik. Məsələn, əlaqə qurmaq, boru kəmərləri çəkmək, avtomobil və dəmir yolları, yaşıl elektrik xətləri, rəqəmsal kabellər çəkmək və s. Hər şey kabellərlə dəstəklənir. Bu əlaqələr sülh və sabitlik səylərinə töhfə verir. Çünki möhkəm əlaqələr olan yerdən bütün münaqişələr uzaqlaşır".
Bolqarıstan Prezidenti iki ölkə arasındakı münasibətlərdə enerji məsələlərinin əsas yer tutduğunu söyləyib:
"Enerjidən danışarkən çox şey etdiyimizi qeyd etdim, biz təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Qafqazın, Ağ və Qara dəniz regionlarının sabitliyi və iqtisadi inkişafını dəstəkləmək, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün çox iş görmüşük. Məhz bu səbəbdən Azərbaycan və Bolqarıstan arasında enerji əlaqələri çox vacibdir".
Rumen Radev vurğulayıb ki, çoxölçülü, tammiqyaslı strateji tərəfdaşlıq yaratmaq üçün güclü əlaqə lazımdır:
"Əlaqələrimiz gələcək uğurlarımızın açarıdır. Buna görə də biz gələcək fəaliyyətimizi inkişaf etdirmək üçün bir çox ideyalar paylaşırıq. Prezident İlham Əliyev ilə ölkələrimizin geostrateji yerləşməsindən necə faydalana biləcəyimizlə bağlı müzakirə apardıq. Biz Asiya ilə Avropanı birləşdirən multimodal nəqliyyat dəhlizini inkişaf etdirmək üçün daha çox səy göstərməliyik. Bolqarıstanın Qara dənizə çıxış üstünlüyündən istifadə etməliyik".
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanla Mərkəzi Avropa arasında yaşıl enerjini nəql etmək üçün nəzərdə tutulan sulatı elektrik kabeli Bolqarıstan vasitəsilə Qərbi Balkan ölkələrinə də çatacaq.
"Biz yalnız enerji və nəqliyyat əlaqəsinə fokuslanmamalıyıq, rəqəmsal əlaqə gələcəkdir. Bunu Bolqarıstan Gürcüstanla birlikdə inkişaf etdirir. Gürcüstanla Bolqarıstan arasında sualtı rəqəmsal kabel Avropa Komissiyası tərəfindən də dəstəklənir. Bu layihəyə Azərbaycanla Avropa arasında olan bütün rəqəmsal məlumatları da birləşdirməyə imkan verəcək. Buna görə də bu sahədə çox işləyirik",- deyə R.Radev əlavə edib.

Siyasi       Tarix: 09 may 2024
f Paylaş

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər maşın realiti şou bugünki xəbərlər iqtisadiyyat xeberleri bugun