Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada "Şirin su" hamamının bərpadan sonra açılışında iştirak ediblər.
azxeber.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Heydər Əliyev Fondu tərəfindən "Şirin su" hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatıb. "Şirin su" hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam "Şirin su" hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra "Şirin su" hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı.
Məlumat verildi ki, Avstriyanın "Wehdorn Architekten" şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib. Hamamın daxilində günbəzlər və divarlardakı bütün zədələnmiş suvaqların, döşəmələrdə bütün uyğun olmayan örtük materiallarının, sonradan əlavə edilmiş quraşdırmanın aradan qaldırılması işləri həyata keçirilib. Ərazidə hasar divarları tikilib, pilləkənlər bərpa edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ətraf ərazidə görülmüş işlərlə də maraqlandılar.
Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Siyasi       Tarix: 10 may 2024
f Paylaş

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


azerbaycan xeberleri yeni xeberler son xeberler maraqlı xəbərlər maşın realiti şou bugünki xəbərlər iqtisadiyyat xeberleri bugun