Yayda hipertoniya xəstələrinin qidalanma rejimi

Yayda hipertoniya xəstələrinin qidalanma rejimiYay aylarında orqanizmdə maye itkisi çox oluduğundan qan qatılaşması baş verir və bunun nəticəsində bir sıra xəstəliklər yaranır. Qida rejiminə düzgün əməl edilməməsi ürək-damar xəstəlikləri riskini artırır, infarkt üçün şərait yaranır. Ona görə də arterial təzyiqi yüksək olanlar yay aylarında qida rejiminə ciddi fikir verməlidirlər.
Hipertoniya xəstəliyindən əziyyət çəkənlər xəstəliyin riskini azaltmaq və qan dövranını yaxşılaşdırmaq məqsədilə təmiz su, daha doğrusu, qazsız və şəkərsiz maye qəbul etməlidirlər. Bundan başqa vitaminlərlə zəngin meyvələrə üstünlük verilməli, tərəvəzlərdən hazırlanmış yeməklər gündəlik qida rasionunun əsas tərkib hissəsi olmalıdır.
Milli.Az bildirir ki, həkim-kardioloq Nüşabə Səfərova AZƏRTAC-a deyib: "Hipertoniya xəstələri şəkərdən və duzdan mümkün qədər az istifadə etməlidir. Gün ərzində 5 qramdan artıq duz qəbul edilməməlidir. Yağlı qidalar qanın qatılaşmağına səbəb olduğuna görə bunu da mütləq nəzərə almaq lazımdır. Qatılaşma itirilən mayenin hesabına görə baş verdiyindən yağlı qidaların qəbulu minimuma endirilməlidir".
Arterial təzyiqin yüksək olmasından əziyyət çəkənlər daha çox yaşlılar və çəkisi yüksək olanlardır. Həkim-kardioloqun dediyinə görə, uzun müddət ac qalandan sonra orqanizmin birdən-birə qida ilə yüklənməsi yolverilməzdir, çünki artıq miqdarda qida qəbulundan sonra qanın damarlarda hərəkəti ağırlaşır: "Təbii və təzə ərzaq məhsullarından hazırlanmış qidalardan istifadə etmək məsləhətdir. Sobada bişirilmiş yağsız ət məhsulları rasionda üstünlük təşkil etməlidir, çünki bu halda piy əriyərək ətdən ayrılır. Tərkibində şəkərin miqdarı çox olan qidaları rasiondan çıxardaraq xurma, kişmiş və digər şirin meyvələr qəbul etmək daha yaxşı olar. Çoxlu meyvə-tərəvəz qəbulu da əsas məsələdir. Qışda qəbul edilməyən qidalar yayda orqanizmdə depo kimi toplanılmalıdır".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 30 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət dunyada son xeberler son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər 2026