Zəngəzurla bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Bakı və Ankaradan QƏRAR

Zəngəzurla bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Bakı və Ankaradan QƏRARBu məsələnin sülhdən sonraya saxlanılması praqmatik qərar hesab edilir, ən böyük əngəl – Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən ərazi iddiaları aradan qalxarsa, saziş imzalana bilər.
KONKRET.az xəbər verir ki,İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Bu məsələnin sonrakı mərhələdə həlli haqda razılıq əldə olunub. Əmirbəyov həmçinin sülh müqaviləsinin imzalanmasına Bakının əsas əngəl saydığı məsələni bir daha səsləndirmişdi – Ermənistan konstitusiyası.
Başqa sözlə, İrəvan Bakı ilə sülh sənədi imzalanmadan kommunikasiyaların və sərhədlərin açılmasına ümid edə bilməz. Eləcə də qardaş Türkiyə ilə sərhədlər o vaxtadək bağlı qalacaq. Bunu az öncə iki ölkənin sərhədində xüsusi nümayəndələrin görüşündən sonra rəsmi Ankara bir daha net şəkildə bəyan etdi. Odur ki, "top" çoxdan Ermənistanın meydanında.
Bəs Zəngəzur (dəhlizi) anlaşmasına qədər Bakı və İrəvan arasında hansısa sənəd imzalanacaqmı və adı nə olacaq?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının addımını tam doğru sayır: "Zəngəzur dəhlizi mövzusunun bir qədər arxa plana keçirilməsi, məncə, doğru qərardır. Doğrudur, Azərbaycan II Qarabağ savaşından sonra bu mövzunu gündəliyə gətirdi, dəhlizin açılması üçün çox çalışdı. Amma Ermənistan bu məsələyə müsbət yanaşmadı, indi də yanaşmır. Yəqin ki, danışıqlar hələ uzun müddət davam edəcək. Azərbaycan gözləyə bilməz. Zatən Zəngəzur dəhlizi olmadan da Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolundən istifadə edir. Türkiyə ilə, Avropa ilə kommunikasiya əlaqəsi var. Son bir ildə yükdaşımalar xeyli artıb. Yəni Zəngəzur dəhlizi olmadan biz Çin yüklərini, öz yüklərimizi Avropaya bu xətt vasitəsilə daşıya bilirik. Üstəgəl, Ermənistan məsələsini uzadandan sonra İranla razılaşmamız oldu, Araz dəhlizi ilə bağlı. Güney Azərbaycandan keçir. Bu dəhlizin də inşası və açılması Azərbaycan üçün çox vacib olacaq. Bu, artıq bizim ikinci dəhlizimiz olacaq. Bu da orta dəhlizin tərkib hissəsi olacaq. Ona görə də hazırda Azərbaycan üçün önəmli olan sülh və ya çərçivə sazişinin imzalanmasıdır. Zatən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar da sülh sazişi mətninin xaricində həyata keçirilir. Çünki sərhədlərin müəyyənləşdirilməsi illərimizi ala bilər. Biz gözləyə bilmərik. Bu baxımdan Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarılması, məncə, doğrudur. Hər iki tərəfin razılığı ilə bu baş tutub. Amma bu o demək deyil ki, sülh sazişinin imzalanması prosesi sürətlənəcək. Ən böyük əngəl qalır. Bu da Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən əraz iddiaları bəndləridir. Bunlar mütləq çıxarılmalıdır. Bu olmadan sülh və ya çərçivə sazişinin imzalanması xeyli mürəkkəb olacaq. Dəhliz məsələsi sonrakı müddətdə müzakirə predmeti ola bilər. Hesab edirəm ki, bu məsələdə də razılığa gəlmək mümkündür. Çünki Ermənistan hökumətinin özü də anlayır ki, məsələni bir az da uzatsa Orta dəhliz layihəsindən, eləcə də digər regional layihələrdən kənarda qalacaq. Bununla Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına tam nail ola bilməyəcək. Bu da əslində Ermənistan üçün daha çox vacibdir. Biz gözləyə bilmərik. Düşünürəm ki, Paşinyan son addımı atsa, yəni Azərbaycana qarşı ərazi iddialarını Ermənistan konstitusiyasından çıxarsa, sülh və ya çərçivə sazişini növbəti ilin ortasına qədər imzalamaq olar".
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov məsələyə belə münasibət sərgilədi: "2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan arasında noyabrın 10-da imzalanan bəyanatın şərtlərindən biri Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən kommunikasiya dəhlizinin açılması və bu dəhlizin Rusiya Federasiyası Təhlükəsizlik Xidməti tərəfindən təmin edilməsi idi. Lakin Ermənistan imzaladığı sənədin həyata keçirilməsindən müxtəlif bəhanələrlə imtina etməkdə idi. Problemin həllini çətinləşdirən həmin dəhlizə nəzarət uğrunda ABŞ və Rusiya arasında kəskin rəqabət, eyni zamanda İranın buna qarşı çıxmasıdır. Dəhliz məsələsi Ermənistan-Azərbaycan arasında normallaşma prosesini əngəlləyən faktorlardan birinə çevrilmişdi. Moskva, Vaşinqton, Tehran arasında Zəngəzur dəhlizi ilə bağlı barışmaz mövqelər İrəvanı da qəti addımlar atmağa çəkindirirdi. Doğrudur, kommunikasiyalarla bağlı maddənin sülh müqaviləsi layihəsindən çıxarılaraq növbəti etapa saxlanılmasını Azərbaycan üçün məqbul hesab etməsəm də, razılaşdırılması hazırkı mərhələdə çətin olan bu halın üzərində inadkarcasına dayanaraq normallaşma prosesini ləngitmək də doğru seçim olmazdı. Orta dəhliz layihəsinin tezliklə gerçəkləşməsinə çalışan Birləşmiş Ştatlar "tərəflər çətin güzəştlər etməlidir" deyərkən, görünür, həmin seçimin detallarından biri də kommunikasiyaların açılmasının təxirə salınmasıdır. Çünki dəhliz məsələsində Azərbaycan və Türkiyə israr edirdi. Ancaq bunun qarşılığında İrəvanın hansı güzəştlərə gedəcəyi yəqin ki, məlum olacaq. Vacib məqam Ermənistan konstitusiyasında dəyişiklərin edilməsi, Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Fikrimcə, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaqsa, vacib detallar nəzərə alınmalıdır. Qərbin Ermənistana hərbi siyasi və maliyyə dəstəyi verməklə onu gücləndirməsi danışıqlar prosesində də mövqelərini gücləndirə bilər. Bununla olsun ki, Ermənistana Bakı və müttəfiqləri siyasi təzyiqlərini artırmaqla sülh prosesini daha real və əlverişli, ədalətli şəkildə dolandırmağa nail olunsun"./"Yeni Müsavat"

Siyasi       Tarix: 11 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber zelzele krminal bu gun