Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.
KONKRET.az xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.
Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanılaraq onlardan külli miqdarda enerji içkisi və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək yük maşınları boş yola salınırmış.
Həmçinin, yoxlama zamanı gömrük idarəsində digər qanun pozuntuları da ortaya çıxıb.
Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Elçin Şabanov ötən ilin iyununda Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub. (Bakupost)

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev