Lukyanov: "Ermənistan KTMT-dən çıxıb, amma bunu açıq elan etmir"
" class="imgbcode" />"Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı 9 noyabr bəyanatı çox problemli vəziyyətdədir. Çünki onun bəzi bəndləri yerinə yetirilib, bəziləri isə faktiki olaraq aktuallığını itirib".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı analitik Fyodor Lukyanov bildirib.
Onun sözlərinə görə, bu bəyanatın ləğv edilməməsinin bir neçə səbəbi ola bilər.
"Ermənistan hakimiyyəti KTMT-dən çıxıb, amma bunu açıq elan etmir. 9 noyabr sənədindən imtina etməməsi də bu cürdür. Ola bilsin ki, bu, plansız yanaşmadır. Amma lazım gəlsə, İrəvan həmin bəyanatdan öz imzasını geri götürəcək.
Digər variant isə odur ki, təklif olunan hər hansı variantda tərəflər arasında konsensus əldə oluna bilməyəcəyi halda, bu əlavə variant kimi saxlanılsın. Hesab edirəm ki, bu, təsadüfi deyil, çünki tərəflər mürəkkəb danışıqlar aparır. Bu və ya digər platforma nə qədər rədd edilsə də, onlar prosesi davam etdirmək üçün ehtiyat variantları nəzərdən keçirirlər", – deyə Lukyanov bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi Qərbin verdiyi istiqamət üzrə hərəkət edir.
O hesab edir ki, Ermənistan rəhbərliyi mayın 7-də Aİİ-nin inauqurasiyasında və yubiley toplantısında iştirak etmək üçün Moskvaya getsə, bu məsələlər, eləcə də ikitərəfli mövzular müzakirə ediləcək.
"Lakin bu günə qədər bu məsələ ilə bağlı aydınlıq yoxdur, baxmayaraq ki, Ermənistan Aİİ-yə sədrlik edən ölkədir. Ermənistan Aİİ-nin üzvüdür, lakin Ermənistan liderinin inauqurasiyada iştirakı Qərbi biganə qoya bilməz ki, bu da İrəvanda yaxşı məlumdur. Ona görə də tam iştirakını təsəvvür etmək çətindir", – analitik bildirib.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev