Sorosçuların Gürcüstanda həyata keçirmək istədikləri "Ukrayna ssenarisi"
Tiflis küçələrində niyə şiddətli küçə etirazları keçirilir və qan tökülür?
"Xarici agentlər haqqında" qanun layihəsinin müzakirələri qonşu Gürcüstanda siyasi çaxnaşmaya səbəb olub.
Xatırladaq ki, ABŞ, Fransa və digər "demokratiya mayakları" gürcü müxalifətinin əli ilə sözügedən qanunun qəbuluna qarşı çıxır. Həmin qanunun tətbiqinə tərəfdar olanların əsas arqumenti isə ondan ibarətdir ki, xarici maliyyələşdirmənin vergi orqanları qarşısında zəruri hesabatlılığını təmin etmək lazımdır.
Qeyd edək ki, hazırda ölkədə 25 min fəal QHT var ki, onların da 90%-i xarici mənbələrdən maliyyələşir. Bu vəsaitlərin haradan gəldiyi, hansı məqsədlər üçün xərclənməsi ilə bağlı isə ciddi nəzarət mexanizmləri mövcud deyil. Söhbət xarici donorlardan qrant alanları kənar maliyyə mənbələri haqqında hesabat verməyə məcbur etməkdən gedir. Üstəlik, "Şəffaflıq haqqında" qanun layihəsində heç bir cinayət məsuliyyəti nəzərdə tutulmur və fiziki şəxslərə şamil edilmir.
Sorosun onilliklər ərzində fəal şəkildə işlədiyi və bir çox sahələrə nüfuz etdiyi Gürcüstandakı real durum isə ürəkaçan deyil. Söhbət hər şeydən əvvəl korrupsiya, fahişəlik, gənclərin total narkomanlığı, homoseksualizm və pedofiliyanın təbliğatında kəskin artım kimi neqativ halların kütləviləşməsindən gedir. Gürcüstan cəmiyyətinin sağlam hissəsinin şübhəli xarici mənbələrin hesabatlılığını təmin etmək niyyəti də bu kimi halların aradan qaldırılmasına hesablanıb.
Aydındır ki, xaricdən maliyyələşən "müxalifət" ənənəvi dəyərləri məhv edən təxribatçı fəaliyyətinə üzərində heç bir nəzarət hiss etmədən mütəmadi olaraq milyonlarla dollar pul almaqda davam etmək istəyir. Prezident Zurabişvili isə bu işdə onlara açıq şəkildə dəstək verir.
Ssenari isə tanışdır – İndi Gürcüstanda baş verənlər 2013-2014-cü illərdə Ukraynada yaşananların eynisidir. Belədə isə bu suala cavab tapmaq vacibdir – bütün bunlar nəyə gətirib çıxardı?
Natiq Səlim
KONKRET.az

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev